Qrizmann Fransa millisindəki Jirunun nailiyyətini  təkrarladı
10 sentyabr 2024 15:03 (UTC +04:00)

Qrizmann Fransa millisindəki Jirunun nailiyyətini təkrarladı

"Atletiko"nun 33 yaşlı hücumçusu Fransa millisinin heyətində 137-ci oyununa çıxıb, millinin keçmiş hücumçusu Olivye Jirunun nailiyyətini təkrarlayıb. Onlar üçüncü yeri bölüşürlər.

Lent.az xarici mediaya istinadən bildirir ki, Rekordçu Uqo Lorisdir (145), üçüncü yerdə isə Lilian Tyuram (142) qərarlaşıb.

Millətlər Liqasının ikinci turunda Fransa Belçikaya 2:0 hesabı ilə qalib gəlib. Qrizmann 79-cu dəqiqədə meydana daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399
avatar

Oxşar yazılar