Bakıda dəmiryolu vağzalında bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Biləcəri qəsəbəsində yerləşən dəmiryolu vağzalında qeydə alınıb.
Bakı şəhər sakini, 40 yaşlı Rafiq Abbasquliyev aralarında yaranmış mübahisə zəminində Masallı rayon sakini, 44 yaşlı Hüseyn Ağayevi bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R.Abbasquliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.