Bakıda avtomobildən 1200 manat  oğurlandı
10 sentyabr 2024 12:01 (UTC +04:00)

Bakıda avtomobildən 1200 manat oğurlandı

Şüvəlan qəsəbəsi ərazisində yerləşən avtoyuma məntəqəsində “Khazar” markalı avtomobildən 1200 manatın oğurlanması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən orada işləyən V.Həsənov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

Arzu Qurbanlı

Oxşar yazılar