Rusiya Çindən gətirilən avtomobilləri Azərbaycana buraxmır
10 sentyabr 2024 16:08 (UTC +04:00)

Rusiya Çindən gətirilən avtomobilləri Azərbaycana buraxmır

Rusiya Çindən Azərbaycana gətirilən avtomobilləri ölkəyə buraxmır. 

Bu barədə Lent.az-a Çindən avtomobil gətirən şəxslər məlumat veriblər. 

Onlar Çindən sifariş etdikləri avomobilləri vaxtında təhvil ala bilmədikləri üçün narazılıq edirlər.

Belə ki, 45-60 günə Bakıya çatdırılmalı olan avtomobillər 1 aya yaxındır ki, Rusiya-Azərbaycan sərhədində saxlanılır.

Hazırda orada minik avtomobilləri ilə dolu 400-ə yaxın yük maşını gözləmədədir. 

Rusiya tərəfi isə məsləyə heç bir rəsmi reaksiya vermir.

Gətirilən maşınların böyük əksəriyyəti elektromobillərdir.

Avtomobil sahibləri bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə, ölkəmizin Rusiyadakı səfirliyinə müraciət etdiklərini, lakin şikayətlərinə baxılmadığını dilə gətiriblər.

Azərbaycan Gömrük Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin məsələnin onlara aidiyyəti yoxdur: "Məsələnin bizə aidiyyəti olmadığı üçün hər hansı bir cavab da verə bilmərik". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1536
avatar

Arzu Qurbanlı

Oxşar yazılar