Bakıda əcnəbi evdən 12 minlik qızıl  oğurladı
30 yanvar 2024 10:48 (UTC +04:00)

Bakıda əcnəbi evdən 12 minlik qızıl oğurladı

Bakıda evdən külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonu ərazisində mənzillərin birindən 12000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. 

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4031

Oxşar yazılar