Bakıda  DƏHŞƏT:   əmisinin zorakılığına  məruz qalan şagird özünü məktəb binasından atdı - YENİLƏNİB 2
12 oktyabr 2026 22:17 (UTC +04:00)

Bakıda DƏHŞƏT: əmisinin zorakılığına məruz qalan şagird özünü məktəb binasından atdı - YENİLƏNİB 2

1

12.10.2026-cı il tarixində saat 12:40 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Lent.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarının küt travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib və ixtisaslı tibbi yardım üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

***

21:18

Bu gün 94 nömrəli tam orta ümumtəhsil məktəbinin 7-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) tənəffüs zamanı II mərtəbənin pəncərəsindən yıxılıb.

Lent.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb. 

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ nəzarətə götürülüb və aidiyyəti qurumlar tərəfindən müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

***

17:58

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bugün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.

Lent.az xəbər verir ki, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub.

Direktorun məlumatına əsasən, son 1 ay ərzində Mədinə Nəbiyeva üçün məktəbə 3-4 dəfə təcili yardım çağrılıb. Uşağın rəfiqəsi ilə bölüşdüyü məlumata əsasən, sentyabrın 10-15-i arası ona əmisi tərəfindən zorakılığa cəhd olunduğunu bildirib. Mədinə Nəbiyeva hazırda Sabunçu Tibb Mərkəzindədir və vəziyyəti orta ağırdır.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1958

Oxşar yazılar