Bakıda dəhşətli hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.
2 yaşlı Həmzə İmanov yaşadığı binanın 6-cı mərtəbəsində evlərinin pəncərəsindən yıxılıb.
Azyaşlı həyətdə olan maşının üzərinə düşüb.
Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.