Bakıda dava: Bıçaqlanan var
07 aprel 2024 23:11 (UTC +04:00)

Bakıda dava: Bıçaqlanan var

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.

Balaxanı qəsəbə sakini, 1986-ci il təvvəllüdlü Abbasov Ruslan Tofiq oğlu küçədə tanışı ilə dava zamanı bıçaq xəsarətləri alıb.

Yaralı Kiliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

# 1956
avatar

Oxşar yazılar