Bakıda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Zaur Həsənov saxlanılıb.
Araşdırma aparılır.