13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı
04 may 2024 13:12 (UTC +04:00)

13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

Rusiyanın Omsk şəhərində altı yaşlı qız pəncərədən yıxılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Memarlar Bulvarında yerləşən hündürmərtəbəli binada baş verib. Uşaq 13-cü mərtəbənin pəncərəsindən yıxılıb. Zərərçəkmiş çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini stabil və ağır kimi qiymətləndirirlər.

Məlum olub ki, valideynlər uşaqları yatızdırıb və mənzilin girişində qalan velosipedləri qaldırmaq üçün bayıra çıxıblar. Qayıdanda uşağın evdə olmadığını, görüblər.

Hazırda yoxlama aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3057
avatar

Oxşar yazılar