Sabah Bakının bu rayonu qazsız qalacaq
04 aprel 2024 19:39 (UTC +04:00)

Sabah Bakının bu rayonu qazsız qalacaq

Binəqədi rayonu, 7-ci Mikrorayon, Abay Kunanbayev küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi ünvanında COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə aprelin 5-i saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Abay Kunanbayev, Fərman Məlikov, Süleyman Sani Axundov, İlham Hacıyev küçələrində və Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

# 11676
avatar

Oxşar yazılar