Rusiyanın Nijni Novqorod vilayətində 4 prokuror faciəvi şəkildə ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, avtomobildə üç kişi və iki qadın prokuror olub. Onlardan birinin doğum günü imiş və onlar Pilnə kəndinə gəzməyə gedirmişlər.
Onların olduğu UAZ markalı avtomobili Pilninsky bələdiyyə dairəsi prokurorunun köməkçisi idarə edib. Avtomobil qəfil idarəetmədən çıxaraq, Pyana çayına düşüb. Nəticədə 4 prokuror suda boğulub, 1 nəfər sağ qalıb.
Ağır nəticələrə səbəb olan yol hərəkəti qaydalarının pozulması faktı ilə bağlı cinayət işi açılıb.