Baş prokuror Zaqatalaya getdi
18 iyul 2025 15:34 (UTC +04:00)

Baş prokuror Zaqatalaya getdi

İyulun 18-də Baş prokuror Kamran Əliyev Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala, Şəki, Qax, Balakən rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Lent.az xəbər verir ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 57 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar