Azərbaycanda 10 korrupsioner cinayət başında  saxlanılıb
18 iyul 2025 14:06 (UTC +04:00)

Azərbaycanda 10 korrupsioner cinayət başında saxlanılıb

Əməliyyat qurumları tərəfindən 59 cinayət işi başlanıb, keçirilmiş 12 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 7 nəfər saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2025-ci ilin birinci yarısına həsr olunan əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, hesabat dövrü ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 23 milyon 512 min 325 manat məbləğində maddi ziyandan 5 milyon 634 min 673 manatının ödənilməsi təmin olunub.        

Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 12 milyon 2 min 365 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar