“Hyundai”ın bu modellərində ciddi NÖQSAN:  geri çağırıldılar
04 may 2024 15:22 (UTC +04:00)

“Hyundai”ın bu modellərində ciddi NÖQSAN: geri çağırıldılar

Koreyanın “Hyundai” şirkəti 13,5 min avtomobili təmir üçün geri çağıracaq.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qeyd olunur ki, 7 349 “Elantra”, 2 364 “Venue” və 3 798 “Kona 2024” model avtomobillərində istehsalçıda nasaz işlənmiş qazın resirkulyasiya sisteminin sensorları quraşdırılıb. 

Avtomobilin istismarı zamanı sensorda qısaqapanma baş verə bilər ki, bu da mühərrikin dərhal dayanmasına səbəb olacaq. “Hyundai” 14 oxşar hadisədən xəbərdar olduğunu bildirib.

Avtomobil sahibləri ən yaxın dilerlə əlaqə saxladıqda nasaz hissələr pulsuz dəyişdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5514
avatar

Oxşar yazılar