Rusiya bazarında yüksək səviyyəli "iPhone 15 Pro Max" smartfonunun qiyməti nəzərəçarpacaq dərəcədə azalıb.
Lent.az xəbər verir ki, bu barədə “Hi-Tech Mail.ru” məlumat yayıb.
Satışın başlanğıcında cihaz üçün "fenomenal" 189-200 min rubl (3700 manat) istənilirdisə, may ayının əvvəlində 120 min rubla olduğu ortaya çıxdı.
Qiymət fərqi 35 faiz olub.
15 Pro Max, Always-On displey dəstəyi ilə 6,7 düymlük 120Hz LTPO Super Retina XDR OLED ekrana malikdir. Cihazda həmçinin flaqman Apple A17 Pro prosessoru, 8 giqabayt operativ yaddaş, 48, 12 və 12 meqapikselli linzalı üçlü kamera və lidar var. Smartfon titan korpus, Face ID və 4441 milliamper-saat tutumlu akkumulyator alıb.