Bakıda sürücü bıçaqla hədələnərək avtomobili əlindən alınıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsinə mayın 2-si saat 3 radələrində Rüfət adlı şəxsin Bakı şəhər sakini olan bir nəfəri bıçaqla hədələyib onun “Renault” markalı avtomobilini quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.
Avtomobil həmin gün saat səhər saatlarında polislər tərəfindən Salyan yolu 12-nin qarşısında saz vəziyyətdə tapılıb.
Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 24 yaşlı Rüfət Eynullayev müəyyən olunaraq saxlanılıb.
Səbail rayon Polis İdarəsində araşdırma aparılır.