Bakıda "cip" 5-10 km sürətlə  kişini vurub öldürdü
04 may 2024 12:39 (UTC +04:00)

Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü

Bakıda avtomobil kişini vurub.

Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində baş verib. 72 yaşlı Məmmədov Famil Ərşad oğlu idarə etdiyi "Toyota Land Cruiser Prado" markalı avtomobillə saatda 5/10 km sürətlə hərəkət zamanı 74 yaşlı Bayramov Həsənağa Mustafa oğlunu vurub.

Piyada təcili tibbi yardım avtomobilində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

# 1914
avatar

Mehman Nəbiyev

Oxşar yazılar