"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir
04 may 2024 11:49 (UTC +04:00)

"Bavariya" və "Mançester Yunayted" baş məşqçilərini dəyişir

“Bavariya” komandanın baş məşqçisi postu üçün “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqı nəzərdən keçirir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, britaniyalılar isə öz növbəsində Münhen komandasından mütəxəssis - Tomas Tuçeli dəvət edə bilər.

Məlumata görə, Münhen komandası Tuçeli ten Haqla əvəzləmək istəyir. Öz növbəsində alman mütəxəssislə “Mançester Yunayted” maraqlanır. Tuçelin Çempionlar Liqasında “Real”la cavab oyunu öncəsi İngiltərə klubu ilə danışıqlar aparmaq istəmədiyi vurğulanır. Komandaların ikinci görüşü mayın 8-də baş tutacaq. İlk oyun 2:2 hesabı ilə heç-heçə başa çatıb.

Ten Haqın komandası İngiltərə çempionatında altıncı yerdədir. “Mançester Yunayted” mövsümü avrokubok zonasında başa vurmağı planlaşdırır. Bu mövsüm İngiltərə klubu Çempionlar Liqasının qrupunda sonuncu, Münhen komandası isə birinci yeri tutub.

Tuçelin rəhbərliyi altında “Bavariya” bu mövsüm son illərdə ilk dəfə növbəti çempionluq şansını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2154
avatar

Oxşar yazılar