Azərbaycanlılarla özbəklər arasında DAVA:  ölən və yaralananlar var - VİDEO
04 may 2024 11:01 (UTC +04:00)

Azərbaycanlılarla özbəklər arasında DAVA: ölən və yaralananlar var - VİDEO

Aprelin 28-də Rusiyanın Voronej şəhər polisinə “Çijov Gallery” ticarət mərkəzinin yaxınlığında kütləvi dava barədə məlumat daxil olub. Bundan az sonra Telegram kanallarında hadisə yerindən video yayılıb. Görüntülərdə asfalt üzərində uzanmış ölü, yanında çoxlu qan və yaxınlıqdakı müəssisələrin mühafizəçiləri əks olunub. Dava zamanı daha bir nəfərin yaralandığı da məlum olub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, aprelin 30-da Voronej məhkəməsi özbəklərlə azərbaycanlılar arasında ölümlə nəticələnən davada iştirak etmiş Azərbaycan vətəndaşları 24 yaşlı M.Ağalarov və 26 yaşlı R.Məmmədov barəsində iyunun 28-dək həbs qətimkan tədbiri seçib.

Qətllə nəticələnən münaqişənin digər iştirakçısı 27 yaşlı S.Kərimovun həbs müddəti uzadılıb. Bu müddət ərzində qabaqlayıcı tədbirin seçilməsi məsələsi həll olunacaq. Hazırda şübhəli şəxs müvəqqəti saxlama təcridxanasında saxlanılır.

Məhkəmədə şübhəlilərdən biri bildirib ki, bazar günü axşam iki dostu ilə ticarət mərkəzinə gəzintiyə çıxıb, orada onu itələyib təhqir ediblər deyə mübahisə düşüb. Onlar bayıra çıxıb məsələni həll etmək qərarına gəliblər. Birinci qrupda üç nəfər, ikincidə ya iki, ya üç nəfər olub. Burada azərbaycanlı şübhəlilərin ifadəsi fərqlidir.

İstintaq zamanı müəyyən edilib ki, saxlanılan dava iştirakçıları - Azərbaycan Respublikası vətəndaşları qanunsuz olaraq Rusiyada yaşayıblar.

Buna görə də Voronejdə qeyri-qanuni miqrantların qalmasına icazə verən Daxili İşlər Nazirliyinin əməkdaşlarına qarşı daxili audit aparılacaq. Bu səbəbdən şəhərdə kriminal vəziyyət artıb və onların əməllərinə hüquqi qiymət veriləcək.

Regional İstintaq Komitəsi hər üç azərbaycanlıya qarşı ittiham irəli sürülməyi planlaşdırır. Onlara qarşı bir qrup şəxs tərəfindən törədilmiş adam öldürmə maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, kütləvi dava nəticəsində 22 yaşlı Özbəkistan vətəndaşı öldürülüb, daha 2  nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6306
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45