Qızılcadan ölənlərin sayı 40-a çatdı
04 may 2024 03:15 (UTC +04:00)

Qızılcadan ölənlərin sayı 40-a çatdı

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində son bir həftədə qızılcadan ölənlərin sayı 42-ə çatıb.

Lent.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami məlumat verib.

"Peyvəndləmə aparmaq üçün bölgələrə həkim qrupları göndərilib",-deyə o bildirib.

O əlavə edib ki, qızılca xəstəliyinin əlamətləri olan 200-ə yaxın xəstə müəyyən edilib.

Nigeriyanın şimalında demək olar ki, hər il qızılca epidemiyası baş verir.

# 1692
avatar

Oxşar yazılar