Həbsdən çıxıb yenə eyni qadını qaçırtdı
04 may 2024 16:43 (UTC +04:00)

Həbsdən çıxıb yenə eyni qadını qaçırtdı

ABŞ-ın Florida ştatında qadını qaçırmaqda ittiham olunaraq həbs olunan şəxs sərbəst buraxılıb və iki ay sonra yenidən eyni qadını qaçırıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 53 yaşlı Ceffri Holley 11 ittihamla yenidən həbsxanaya qayıdır.

Holley 2022-ci ilin avqustunda qadını oğurlamaqda təqsirləndirilərək həbs cəzasına məhkum edil ib. Lakin vilayət rəsmilərinin bildirdiyinə görə, 8 fevral 2024-cü ildə erkən sərbəst buraxılıb.

Sərbəst buraxıldıqdan sonra, o, adam oğurluğunda ittiham olunduğu qadını axtarıb və hadisədən əvvəl dörd gün onunla qalıb.

Məlumata görə, qadın Holleyə qalmaq üçün başqa yer tapması lazım olduğunu söyləyib. Daha sonra kişi onun telefonunu və açarlarını götürərək, ona hücum edib, sonra isə əl-ayağını lentlə bağlayıb.

O, daha sonra lenti açıb və evin açarlarını qaytarıb, lakin qadın qaçmaq istəyəndə maşını işə düşməyib.

O, iki dəfə qonşusunun evinə qaçmağa cəhd edib. Lakin hər ikisində Holley qadını geri sürüyərək qaraja aparıb, qonşu polisə zəng edənə qədər kəndir və lentlə saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3381
avatar

Oxşar yazılar