"Jirona" bu transferə görə Sequndaya düşəcək
04 may 2024 09:40 (UTC +04:00)

"Jirona" bu transferə görə Sequndaya düşəcək

“Jirona” hücumçu Artem Dovbikin transferində maliyyə pozuntularına görə Sequndaya göndərilə və Çempionlar Liqasından diskvalifikasiya oluna bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Dovbik ötən yay Ukraynanın “Dnepr-1” klubundan 7,8 milyon avroya “Jirona”ya keçib. Vəkil Yevgeni Kuzmin klubları Ukraynada vergidən yayınmaq üçün maliyyə pozuntularında ittiham edib. Onun sözlərinə görə, köçürmə üçün ödəniş müəyyən edilmiş qaydalardan yan keçməklə xarici hesablara həyata keçirilib.

Kuzmin bununla bağlı UEFA-ya rəsmi şikayət edəcəyini bildirib. Maliyyə pozuntuları sübuta yetirilərsə, İspaniya klubunun gələn mövsüm debüt edə biləcəyi La Liqa və Çempionlar Liqasından kənarlaşdırılma da daxil olmaqla, “Jirona”ya qarşı sanksiyalar tətbiq oluna bilər.

“Jirona” bütün ittihamları rədd edir və Dovbikin transferi ilə bağlı vəziyyətin klub üçün ağır cəza ilə nəticələnməyəcəyinə əmindir.

Bu mövsüm “Jirona” üçün 94 illik tarixində ən uğurlu mövsüm olub. Kataloniya klubu La Liqa turnir cədvəlində lider “Real Madrid”dən 13 xal geri qalaraq üçüncü pillədə qərarlaşıb.

Dovbik İspaniya çempionatının bombardiridir. 26 yaşlı Ukrayna millisinin hücumçusu La Liqada 31 oyun keçirib və 19 qola imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4068
avatar

Oxşar yazılar