Azərbaycanda ata oğlunun toyunda  HƏBS OLUNDU
10 sentyabr 2026 19:33 (UTC +04:00)

Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU

0

Şirvanda toyda insident yaşanıb.

Lent.az-ın məlumatına görə, hadisə “Aytac” şadlıq sarayında baş verib.

Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətdə olan polis əməkdaşları küçədən keçərkən mahnının səsini eşidiblər. Hüquq-mühafizə orqanı əməkdaşları şadlıq evinə daxil olaraq, kriminal məzmunlu mahnının səsləndirilməsinə irad bildiriblər. Lakin 1 dəqiqə keçməmiş həmin musiqi yenidən səsləndirilib.

Həmçinin bəyin 48 yaşlı atası polisin qanuni tələbinə tabe olmayıb. Nəticədə o saxlanılaraq, polis şöbəsinə aparılıb. Burada onun barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.

Məhkəmənin qərarı ilə bəyin atası 15 gün müddətinə inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 76

Oxşar yazılar