Bakıda “BMW” iki yerə bölündü: İki nəfər yaralandı - FOTO
07 iyul 2026 00:37 (UTC +04:00)

Bakıda “BMW” iki yerə bölündü: İki nəfər yaralandı - FOTO

0

Böyükşor-Pirşağı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan “BMW” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində işıq dirəyinə çırpılıb.

Güclü zərbənin təsirindən avtomobil iki hissəyə ayrılıb. Avtomobilin bir hissəsi hadisə yerindən təxminən 100 metr kənara düşərək alovlanıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə dərhal polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar