Bakıda 4 maşın toqquşdu, iki nəfər... - FOTO
03 fevral 2023 02:43 (UTC +04:00)

Bakıda 4 maşın toqquşdu, iki nəfər... - FOTO

Bakının Nəsimi rayonunda yol qəzası xamanı iki nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, qəza Mirzəağa Əliyev küçəsində baş verib.

Belə ki, yüksək sürətlə “Mercedes” markalı maşını idarə edən sürücü sükana nəzarəti itirib. İdarəetmədən çəxan maşın eyni istiqamətdə olan “Toyota”-ya çırpılıb. Ardıcıl olaraq “Toyota” eyni yolda olan “Hyundai”-a və digər “Toyota” markalı maşınlara dəyib.

Qəza nəticəsində “Mercedes” və “Toyota” markalı avtomobillərin iki sərnişini xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

# 1638
avatar

Oxşar yazılar