Bakıda evlər qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları oğurluğa görə tutulmuş M.Əliyevin ətrafında əməliyyat tədbirləri aparıb.
Nəticədə onun rayon ərazisində daha 18 evdən inşaat materialları, təmir-tikinti alətləri, məişət əşyaları və velosiped oğurlaması da müəyyən olunub.