Bakı-Qazax yolunda yük maşını aşdı, 4 nəfər öldü - YENİLƏNİB
07 oktyabr 2026 16:21 (UTC +04:00)

Bakı-Qazax yolunda yük maşını aşdı, 4 nəfər öldü - YENİLƏNİB

0

Bakı-Qazax yolunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qaradağ qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Atego" markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 4 nəfərin meyiti və bir nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***
15:12

Bu gün saat 14:20-də Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində “Mercedes Atego” markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb. 

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yollarda diqqətli olmağa, sürət həddini və ara məsafəsini gözləməyə, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə çağırır. Səfərdən əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi vacibdir.

***
14:58

Bakı-Qazax yolunda qəza baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarıət aldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1172

Oxşar yazılar