Bu gün saat 14:20-də Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində “Mercedes Atego” markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yollarda diqqətli olmağa, sürət həddini və ara məsafəsini gözləməyə, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə çağırır. Səfərdən əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi vacibdir.

***
14:58
Bakı-Qazax yolunda qəza baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb.
Hadisə nəticəsində bir neçə nəfərin xəsarıət aldığı bildirilir.