Azərbaycanın 24 il axtardığı şəxs Rusiyada ƏLƏ KEÇDİ
25 fevral 2022 12:51 (UTC +04:00)

Azərbaycanın 24 il axtardığı şəxs Rusiyada ƏLƏ KEÇDİ

Azərbaycanın axtarışa verdiyi cinayətkar Rusiyada saxlanılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Elnur Abbasov xüsusi amansızlıqla qəsdən adam öldürmə, öldürməklə hədələmə və zorlama əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 94-cü maddəsinin 6-cı hissəsi, 109-cu maddəsinin 1-ci hissəsi  və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə 1998-ci ildə barəsində beynəlxalq axtarış elan edilib.

Elnur Abbasov Rusiya Federasiyası ərazisində törətmiş olduğu digər cinayətə görə Petroqrad rayon məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli hökmü ilə cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müəyyən olunub. 2022-ci il fevralın 24-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Elnur Abbasov Rusiyadan Azərbaycana gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3841

Oxşar yazılar

Bakıda toy zamanı  restoran alovlandı

Bakıda toy zamanı restoran alovlandı

21 may 2025 , 11:54
Həbsxanaya yağ qutusunda  narkotik gətirdilər

Həbsxanaya yağ qutusunda narkotik gətirdilər

21 may 2025 , 11:08
Mayamidə azərbaycanlı  suda boğulub öldü

Mayamidə azərbaycanlı suda boğulub öldü

21 may 2025 , 10:49
Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

21 may 2025 , 10:42
Bakıda qadını zorla qaçırdılar:  həbs edilən var -VİDEO

Bakıda qadını zorla qaçırdılar: həbs edilən var -VİDEO

21 may 2025 , 10:14
Mingəçevirdə evdən meyit tapıldı

Mingəçevirdə evdən meyit tapıldı

21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan  çox pul oğurlandı

Kartlardan 7 min manatdan çox pul oğurlandı

21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu

Sabirabadda körpə ölü doğuldu

21 may 2025 , 09:58