Azərbaycanda RƏZALƏT:  əxlaqsız təklifə görə qollarını doğrayıb  Bakıya qaçdı
17 aprel 2024 15:27 (UTC +04:00)

Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı

Azərbaycanda azyaşlı qıza əxlaqsız təklif olunub.

Lent.az xəbər verir ki, bu barədə “Qadın və Uşaq Sığınacağı” sosial şəbəkədə məlumat paylaşıb. Məlumatda bildirilir ki, rayonlarında birində valideynləri boşandıqdan sonra Zəhra (ad və soyad şərti) adlı qız anası ilə qalıb. Bir müddət sonra anası onu 40-50 yaşlarında bir kişiyə təhvil verib. Bu zaman ana həmin kişi ilə “onunla nə edərsən, et” deyə razılaşıb.

Həmin kişi də 1 ay sonra azyaşlı qıza bədənini satmağı və qazandığı pulları aralarında bölməyi təklif edib. Bunu eşidən qız qollarını kəsərək Bakıya qaçıb. Bakıda onu Abşeron rayon Polis İdarəsinin əməkdaşları xilas edərək, sığınacağa yerləşdiriblər.

Hazırda azyaşlıya sığınacaqda psixoloji yardım göstərilir.

# 4578
avatar

Oxşar yazılar