Azərbaycanda   güclü zəlzələ   oldu-YENİLƏNİB
04 iyul 2023 01:14 (UTC +04:00)

Azərbaycanda güclü zəlzələ oldu-YENİLƏNİB

Respublika Seysmik Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. 

Mərkəzdən Lent.az-a bildirilib ki, zəlzələ Quba, Xaçmaz, Siyəzən, Sumqayıt və Bakı şəhərlərində, eləcə də Abşeron yarımadasının ətraf əraziərində 5-4 bala qədər hiss olunub.
 

*** 

00.47

İlkin məlumata əsasən, zəlzələ ilə əlaqədar olaraq, dağıntı və təlafat barədə məlumat daxil olmayıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

00:39

İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

***

00.23

Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Lent.az-a Seysmoloji Xidmət Mərkəzindən bildirilib. 

Qeyd edək ki, zəlzələ Azərbaycanın bir neçə rayonunda və Bakıda hiss olunub.
 

*** 

00.06

Xaçmaz rayonunda güclü zəlzələ qeydə alınıb. 

Lent.az-ın məlumatına görə, zəlzələ rayon mərkəzində hiss olunub.

Dağıntı və itki barədə hələ ki məlumat yoxdur.

# 73824
avatar

Oxşar yazılar