Azərbaycanda bir neçə nəfərin meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində Allahverdi Əmir oğlu Əliyevin meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbi hələlik məlum deyil.
Hadisələrdən daha biri paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində yerləşən mənzillərdən birində kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı onun 1964-cü il təvəllüdlü İslam Mehdiyev olması müəyyən edilib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Digər hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini 1961-ci il təvəllüdlü Nazim Səmədov evində ölü tapılıb.
Xızı rayonunun Məşədihəsən kənd ərazisində Sumqayıt sakini 1953-cü il təvəllüdlü Əzizbala Məmmədovun meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Hər 4 faktla bağlı müvafiq olaraq rayon prokurorluqlarında araşdırma aparılır.