Avropada iş  adı ilə 171 azərbaycanlının  başına OYUN AÇDILAR
26 may 2026 17:35 (UTC +04:00)

Avropada iş adı ilə 171 azərbaycanlının başına OYUN AÇDILAR

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Avropada işlə təmin etmək adı ilə 171 nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Sevinc Əliyeva və Kamil Curayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.

Zərərçəkən R.E. təqsirləndirilən şəxslərdən K. Curayevi tanıdığını deyib:

"Onlar (hər iki təqsirləndiriləni göstərir) barəsində sosial şəbəkədə gördüm. Dəfələrlə İngiltərədə olmuşam. Xoşuma gəlmişdi, yenə də getmək istəyirdim. Oraya getmək üçün viza lazım idi. Yazdım, görüşdük. 1500 manat pulu nağd olaraq Sevinc xanıma və A -ya ödəmişəm. Şikayətçiyəm və pulumu tələb edirəm".

Təqsirləndirilən S.Əliyeva "Pul kassaya ödənib. Mən ancaq konsultasiya etmişəm. İngiltərəyə vizanın qiyməti 3000 manatdır. Biz şərtləşmişdik ki, 1500 ilkin ödəniş olsun, qalan məbləğ də iş alınandan sonra. Alınmadı, belə oldu" - deyib.

Növbəti proses 16 iyun saat 16:30-a təyin olunub.

Xatırladaq ki, “Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz yollarla vətəndaşların pulunu ələ keçirmələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaqla həmin Cəmiyyətlərin direktorları olmuş Əliyeva Sevinc Bayram qızı və Curayev Kamil Camalxan oğlunun cinayət əlaqəsinə girərək çoxsaylı şəxslərə müxtəlif Avropa ölkələrində işlə təmin olunmaları, həmçinin saxta müqavilələr hazırlamaq yolu ilə onlara iş vizasının alınmasına kömək edəcəklərinə dair vəd etməklə 171 nəfərin ümumilikdə 217 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sevinc Əliyeva və Kamil Curayevə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Kamil Curayev barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Sevinc Əliyeva barəsində isə maddi ziyandan 46 nəfərə 55 min 700 manat ödəməsi və himayəsində azyaşlı uşağının olması nəzərə alınaraq polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar