Atasının danladığı  məktəbli qız   özünü 13-cü mərtəbədən atdı
13 noyabr 2023 15:46 (UTC +04:00)

Atasının danladığı məktəbli qız özünü 13-cü mərtəbədən atdı

Moskvadan olan yeddinci sinif şagirdi paytaxtın şimalındakı evinin yaxınlığında ölümcül xəsarətlərlə tapılıb. Həmin gün məktəbli qızın dərslərini zəif oxuduğu üçün doğmaları ilə güclü mübahisə yaranıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məlum olub ki, faciədən bir müddət əvvəl mərhumun atası, idman şərhçisi və eyni zamanda peşəkar boksçu olan 44 yaşlı Qriqori Drozd qızının gündəliyini yoxlayarkən onunla dərslərini yaxşı oxumaması barədə danışıb. Bu yaxınlara kimi qız yaxşı şagird olsa da, bəzi fənlərdən qeyri-qənaətbəxş qiymətlər almağa başlayıb.

Bu vəziyyət valideynlərini qane etməyib, ona görə də ata profilaktika məqsədilə qızının mobil telefonunu götürüb, bundan sonra həmkarları ilə görüşə gedib. 42 yaşlı ana evdə qız və qardaşları (16 və 9 yaş) ilə qalıb. Bir anda qadın məktəbli qızın qardaşlarının otağına çəkilərək onlarla vaxt keçirib. Tezliklə ata evə qayıdıb, o da qızı ilə bağlı gələcək hərəkətləri barədə həyat yoldaşı ilə məsləhətləşmək üçün uşaq otağına girib.

O, qızın ağır yaralanmasından sonra xəbər tutub. İdmançı dərhal təcili yardım çağırıb və qızı tibb işçilərinin avtomobilində dünyasını dəyişib.

Məlumata görə, 13 yaşlı məktəbli qız atasının dərslərini yaxşı oxumaması səbəbindən danlandıqdan sonra özünü 13-cü mərtəbədən atıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4944
avatar

Oxşar yazılar