Bü gün Kəlbəcərdə baş verən qəzada həlak olan qadın hərbçi İlahə Şahverdiyeva ilə bağlı ürəkdağlayan faktlar məlum olub.
Lent.az-ın məlumatına görə, İlahə Şahverdiyeva bir il əvvəl gənc oğlunu itiribmiş.
İlahə Şahverdiyevanın atası 1-ci Qarabağ şəhidi, əmisi isə Milli Qəhrəmandır. O, Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır. Atası Rəsul Şahverdiyev də 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub.
***
saat 15:29
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, "Nissan Pathfinder" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.
Hadisənin təfərrüatı araşdırılır.
Əldə etdiyimiz məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, "N" saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.