Ata-ana körpəni aclıqdan öldürdülər
23 avqust 2025 15:28 (UTC +04:00)

Ata-ana körpəni aclıqdan öldürdülər

Ukraynanın Sumı vilayətində 35 yaşlı ata və 31 yaşlı ana körpələrinin ölümünə səbəb olublar. 

Lent.az yerli mediaya istinadla bildirir ki, cütlüyün 2024-cü il aprelin 21-də sağlam bir oğlu dünyaya gəlib. Lakin sonradan nə ana, nə də ata uşağa lazımi qayğı göstərməyib, xüsusilə də onu tam qidalanma ilə təmin etməyiblər.

Bu, orqanların və toxumaların fiziki cəhətdən yetkinləşməməsinə, antropometrik göstəricilərin xeyli azalmasına, inkişafın ləngiməsinə və çəki itkisinə gətirib çıxarıb.

Valideynlər vaxtında tibbi yardıma müraciət etməyiblər və 2024-cü il iyulun 15-də uşaq mənşəyi müəyyən olunmamış virus infeksiyasından vəfat edib. Ekspertlərin rəyinə görə, ana və atanın övlad qarşısında vəzifələrini yerinə yetirməməsi ilə körpənin ölümü arasında səbəb-nəticə əlaqəsi mövcuddur.

Nəticədə valideynlərə qarşı prokurorluqda cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar

Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47
Bakıda evin pəncərəsini qırıb  külli miqdarda pul apardılar

Bakıda evin pəncərəsini qırıb külli miqdarda pul apardılar

23 avqust 2025 , 13:55
Tərtərdə 3 nəfər  yol qəzasında yaralandı

Tərtərdə 3 nəfər yol qəzasında yaralandı

23 avqust 2025 , 12:10
Bakıda ustanı öz evində cərəyan vurub öldürdü

Bakıda ustanı öz evində cərəyan vurub öldürdü

23 avqust 2025 , 11:49