Artezian quyusunun təmiri  FACİƏ   ilə nəticələndi
28 fevral 2022 15:01 (UTC +04:00)

Artezian quyusunun təmiri FACİƏ ilə nəticələndi

Goranboyda idarə əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, fevralın 22-də rayonun Rəhimli kəndində Maqsud Musayevin iş görərkən xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, rayonun Goranboy Suvarma Sistemləri İdarəsinin çilingəri işləyən Maqsud Musayev rayonun Rəhimli kəndində su artezian quyusunda təmir işləri aparılarkən başına metal boru düşməsi nəticəsində xəsarət alıb və aldığı xəsarətlərdən fevralın 26-da müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5937
avatar

Mehman Nəbiyev

Oxşar yazılar