AMEA-nın mətbuat katibi  işdən çıxarıldı
01 oktyabr 2022 14:10 (UTC +04:00)

AMEA-nın mətbuat katibi işdən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva vəzifəsindən azad edilib.

Bu barədə Lent.az-a onun özü məlumat verib.

Onun sözlərinə görə, AMEA-da "mətbuat katibi" vəzifəsi ləğv olunub:

"AMEA-da bu vəzifə ləğv olunub. Struktur dəyişilib. Bundan sonra AMEA-nın institutlarından birində fəaliyyətimi davam etdirəcəm".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın yeni strukturu təsdiqlənib və işçilərin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Yeni strukturda akademiyanın 22 elmi müəssisəsi fəaliyyət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2142
avatar

Fidan İlqar

Oxşar yazılar