Qubanın Xınalıq kəndində gedən xarici turistlər yolda qalıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, "Mercedes Vita" markalı maşınla Xınalığa getmək istəyən İspaniya, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyadan olan turistlər əraziyə yağan qar səbəbilə hərəkət edə bilməyiblər.
Yolda qalan şəxslər Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə müraciət ediblər. Quba rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, turistlər üçün əraziyə 2 xüsusi maşın göndərilib.