Bakının Qaradağ rayonunda bir nəfəri avtomobil vurub.
APA xəbər verir ki, Qobustan qəsəbəsində 1988-ci il təvəllüdlü Nəbiyev Ərşad Əbülfət oğlu qəfil magistral şosseyə çıxıb. Bu zaman onu minik avtomobili vurub. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.