ABŞ-da Hellouin bayramında atışma:  - 4 nəfər ölüb
01 noyabr 2019 14:29 (UTC +04:00)

ABŞ-da Hellouin bayramında atışma: - 4 nəfər ölüb

 

ABŞ-ın Kaliforniya ştatının Orinda şəhərində Hellouin bayramı münasibətilə keçirilən şənlikdə atışma baş verib.

APA-nın xəbərinə görə, bu barədə “Fox” telekanalı məlumat yayıb.

Hadisə şəhərdə yerləşən evlərdən birində qeydə alınıb.

Bildirilib ki, atışma nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724
avatar

Oxşar yazılar