16 yaşlı qızın zibilxanada doğduğu  uşaq öldü
26 noyabr 2024 12:48 (UTC +04:00)

16 yaşlı qızın zibilxanada doğduğu uşaq öldü

Rusiyanın Çelyabinsk vilayətinin Plast şəhər sakini yeni doğulmuş körpəsini zibil qutusuna qoyub.

Lent.az yerli mediaya istinadla bildirir ki, ananın 16 yaşı var, onun hərəkətinin səbəbi məlum deyil.

Məlumata görə, 16 yaşlı ana zibilxanada qız uşağı dünyaya gətirib, onu xilas etmək mümkün olmayıb.

Rusiyalı qadına qarşı cinayət işi açılıb, qanun belə bir cinayətə görə 4 ilə qədər həbs nəzərdə tutur. Şübhəlinin Təhsil Şəhərciyinin yataqxanasında yaşadığı məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648
avatar

Oxşar yazılar