Xaçmazda “Mercedes”lə “Kia” toqquşdu: 1 ölü
Lent.az-ın məlumatına görə, Qəza Gəndob-Yalama yolunun 43-cü km-də qeydə alınıb. Xudat şəhəri istiqamətində hərəkət edən “Mercedes” markalı avtomaşın əks istiqamətdə hərəkətdə olan “Kia” markalı avtomobillə toqquşub.
Nəticədə “Mercedes”-in sürücüsü 1965-ci il təvəllüdlü Yəhyayev Şahid Nüsrəddin oğlu dünyasını dəyişib. “Kia”-nın sürücüsü Xudat şəhər sakini Amil Mürsəlov müxtəlif bədən xəsarətləri ilə Xaçmaz rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, müvafiq tibbi yardımdan sonra A.Mürsəlov ambulator müalicə üçün evə buraxılıb.

Oxşar yazılar

Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23