Təyyarə qəzasında ölənlərin meyitlərinin gətirildiyi tabutlar açılıb
“Əfqanıstanda qəzaya uğramış Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin cəsədlərinin Bakıya çatdırılmasından sonra bizim bu istiqamətdə fəaliyyətimiz meyitlərin identifikasiyasından sonra bəlli olacaq”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Pakistandakı səfirliyin 3-cü katibi Çingiz Qəribli deyib. Diplomatın sözlərinə görə, identifikasiya zamanı tapılmış cəsəd fraqmentlərinin konkret kimlərə məxsus olması və hansı şəxslərin cəsədlərinin aşkar edilib-edilməməsi məlum olacaq. Onun bildirdiyinə görə, cəsədlər arasında hər hansı ekipaj üzvünün meyitinin olmadığı aydınlaşarsa, onda səfirliyin və digər dövlət qurumlarının axtarış səylərini davam etdirmək zərurəti yarana bilər.
“Silk Way” aviaşirkətinin direktorunun müşaviri, təyyarə qəzasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən üzvü Adil Qasımov isə APA-ya bildirib ki, ekipaj üzvlərinin qalıqları olan sink tabutlar Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində mütəxəssislərin və müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə açılıb, qutuda cəsədlərin qalıqları müşahidə olunub: “Ekspertlər dünən gecədən işə başlayıblar. Bu, çətin prosesdir. Ekspertiza yəqin ki, 1-2 həftə davam edəcək. Ekspertizaya əsasən, kimin cəsədinin qalıqlarının tapıldığı məlum olacaq, həmin şəxs həlak olmuş, cəsədinin qalıqları tapılmayan ekipaj üzvləri isə itkin düşmüş sayılacaq”.
A. Qasımovun sözlərinə görə, hələlik bütün ekipaj üzvlərinin cəsədlərinin qalıqlarının tapıldığını söyləmək mümkün deyil. O, qəza yerindən götürülmüş bütün qalıqların Bakıya gətirildiyini deyib: “Yəqin ki, qəzada həlak olmuş Özbəkistan vətəndaşlarının qalıqları da burdadır. Bununla bağlı Özbəkistan tərəf də məlumatlandırılıb”.
A. Qasımov təyyarənin tapılmış “qara qutu”sunun Əfqanıstan tərəfində olduğunu, yaxın günlərdə oxunmaq üçün Moskvaya göndəriləcəyini deyib: “Qutunun göndərilməsi və oxunmasında Azərbaycan tərəfinin iştirakı ilə bağlı həm Azərbaycan XİN, həm də Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiya tərəfindən yazışmalar aparılır”.
Qeyd edək ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Yük qaldırma imkanı 40 ton olan “İl-76” təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.

438