“Əl-Qaidə” Türkiyədə ABŞ obyektlərini partlatmağa hazırlaşırmış
Türkiyədə “əl-Qaidə” terror təşkilatının 14 üzvü yaxalanıb.
Lent.az-ın haberturk.com saytına istinadən verdiyi məlumata görə, “əl-Qaidə” üzvləri terror təşkilatının lideri Üsamə Bin Ladenin ölümündən sonra intiqam məqsədi ilə Ankaradakı ABŞ qurumlarına hücuma hazırlaşırlarmış.
Hücum planı isə Ankara polisinin ötən gün şəhərin Sincan rayonunda bir evdə keçirdiyi əməliyyat nəticəsində üzə çıxıb. Evdə 700 kiloqram kimyəvi partlayıcı, çoxlu sayda silah və terror təşkilatına məxsus sənədlər aşkarlanıb, “əl-Qaidə”-nin bir üzvü də yaxalanıb. Məhz həmin şəxsin ifadəsindən sonra Türkiyə Daxili işlər Nazirliyinin Ankara, Bursa və Yalovada əməliyyat keçirərək 14 nəfəri yaxalayıb.

602