Zabrat-Maştağa yolu TAM BAĞLANIR
17 oktyabr 2026 12:20 (UTC +04:00)

Zabrat-Maştağa yolu TAM BAĞLANIR

0

Sabunçu rayonunda Zabrat-Maştağa avtomobil yolunun Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan hissəsində bu gündən etibarən təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, əks istiqamətdə isə 19 oktyabr saat 08:00-dan etibarən tam məhdudiyyət tətbiq olunacaq.

"Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar