Bakıda tikinti yerindən tank mərmiləri tapılıb
05 may 2011 13:20 (UTC +04:00)

Bakıda tikinti yerindən tank mərmiləri tapılıb

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qeyd olunan ərazidə qazıntı işləri aparılarkən partlamamış döyüş sursatları aşkar olunub.

Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatların istifadə üçün yararsız 2 ədəd 100 mm-lik tank mərmisi olduğu müəyyən olunub. Aşkarlanmış sursatlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Hazırda qeyd olunan əraziyə Nazirliyin mütəxəssisləri tərəfindən əlavə baxış keçirilir və müvafiq işlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461

Oxşar yazılar