Olimpiya çempionu Elnur Məmmədli polis leytenantı oldu
Azərbaycan Polisinin yaradılmasının 91-ci illiyi ərəfəsində-iyulun 1-də respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov DİN-də bu əlamətdar hadisə ilə bağlı bir qrup polis əməkdaşını qəbul edib.
Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Ramil Usubov nazirliyə dəvət olunmuş, xidməti vəzifələrin icrasında xüsusilə fərqlənmiş 11 əməkdaşa Azərbaycan Polisi günü münasibətilə mükafat qaydasında xüsusi rütbələrin verildiyini diqqətə çatdırıb, daha sonra isə xüsusi rütbələrin paqonlarını həmin şəxslərə təqdim edib.
Qeyd olunub ki, peşə bayramı ilə əlaqədar ümumilikdə daxili işlər orqanlarının 586 əməkdaşı , o cümlədən onlardan 36-ı mükafat qaydasında xüsusi rütbə, 64-ü "Əla xidmətlərinə görə" döş nişanı, 63-ü DİN-in "Fəxri fərmanı" ilə mükafatlandırılıb, 92 nəfər pul mükafatı və 117 nəfər isə "təşəkkür" alıb.
Sonra nazir Pekin Olimpiadasının qalibi Elnur Məmmədliyə "polis leytenantı" xüsusi rütbəsini və zabit paqonlarını təqdim edərək Olimpiya çempionunun daxili işlər orqanlarında xidmətə qəbul olunmasının qürurverici fakt olduğunu, onun idmanda olduğu kimi, cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində də uğurlara imza atacağına inandığını bildirib, gələcək xidməti fəaliyyətində uğurlar arzulayıb.

2834