20 təhsil müəssisəsi mühafizə üçün DİN-ə müraciət edib
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən kütləvi qətldən sonra 20 təhsil müəssisəsi Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək mühafizə ilə təmin olunmalarını istəyib.
APA-nın xəbərinə görə, bu barədə daxili işlər nazirinin müavini Oruc Zalov Milli Məclisdə “Polis haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı məsələ müzakirə olunarkən deyib. Nazir müavininin sözlərinə görə, ADNA-da məlum hadisə baş verəndən sonra müəssisələrin mühafizə ilə təmin olunmasına maraq artıb.
Mühafizə işinin DİN-in Baş Mühafizə İdarəsi tərəfindən həyata keçirildiyini bildirən O. Zalov bu işin 7 mindən çox mühafizə polisi tərəfindən görüldüyünü açıqlayıb: “Onlar silahlı mühafizə təşkil edirlər. Polis mühafizəni öz hesabına təmin edə bilməz. Bunun üçün mühafizə edilən müəssisə ilə Baş Mühafizə İdarəsi arasında qarşılıqlı müqavilələr bağlanır”.

1263